“ABŞ Prezidenti Donald Trampın sülh planı düzgün istiqamətdə irəliləyir. Lakin Ukrayna və Avropa üçün məqbul hala gətirilməsi üçün təkmilləşdirilməli olan aspektlər var”.
AzPost bildirir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron RTL radiosuna verdiyi müsahibədə deyib.
“Bu, düzgün istiqamətdə – sülhə doğru irəliləyən bir təşəbbüsdür. Lakin bu planın müzakirəyə, razılığa və təkmilləşdirməyə layiq olan aspektləri var. Biz sülh istəyirik, amma təslim olacaq bir sülh istəmirik”, -deyə Makron deyib.
O əlavə edib ki, yalnız ukraynalılar hansı ərazi güzəştlərinə getməyə hazır olduqlarına qərar verə bilərlər.
Fransa prezidentinin sözlərinə görə, Rusiya ilə sülh halında Ukraynanın ilk müdafiə xətti öz ordusunun bərpası olacaq və buna heç bir məhdudiyyət qoyula bilməz.
O, həmçinin bildirib ki, dondurulmuş Rusiya aktivləri Avropada yerləşir və yalnız Avropa onlarla nə edəcəyinə qərar verə bilər. Daha əlverişli bir razılaşma əldə etmək üçün Vaşinqtona getməyə hazır olub-olmadığı soruşulduqda, Makron hazırda belə bir planının olmadığını bildirib.