Ukraynanın yeni daxili işlər naziri müəyyənləşib.
TASS-ın xəbərinə görə, “Xalqın xidmətçisi” fraksiyasının üzvü Denis Monastırskinin namizədliyi Ali Rada tərəfindən təsdiqlənib.
271 millət vəkilindən 226-sı onun namizədliyinin lehinə səs verib.
Qeyd edək ki, D. Monastırski daxili işlər naziri postunda Arsen Avakovu əvəzləyəcək.