Naxçıvana avtobus biletlərinin qiyməti açıqlanıb

Sabahdan etibarən Azərbaycan Nazirlər Kabinetinin Qərarına əsasən, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə avtobuslar fəaliyyətə başlayır.

Ilk olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulur.

Belə ki, sərnişinlər bu gündən etibarən iyul ayının 17-si saat 09:00 reysinə, eləcə də növbəti günlərə gediş bileti əldə edə bilərlər. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir.

Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcədə avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə “online” gediş bileti sifariş etmək mümkündür.

Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcək.

Gömrük keçid məntəqəsində sərnişinlərdən COVID-19 testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukraynanın yeni daxili işlər naziri məlum olub –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 169 nəfər COVID-19-a yoluxub –