“Ukraynaya dəstək üçün əlimizdən gələni elədik…” –BAYDEN

“ABŞ da daxil olmaqla Qərb ölkələri Ukraynanı dəstəkləmək üçün əllərindən gələni ediblər”.

Azpost.info RBC-ya istinadən bildirir ki, bu sözləri prezident Co Bayden Böyük Britaniyanın baş naziri Rişi Sunakla keçirdiyi mətbuat konfransında deyib.

“İlk növbədə ukraynalılar hərbi əməliyyatlar barədə danışmalıdırlar.  ABŞ  onları həm kollektiv, həm də fərdi olaraq dəstəkləmək üçün əlindən gələni etdi. Hazırkı situasiya barədə çox nikbinik”, – deyə Bayden Konqresdən Ukraynaya yeni maliyyə yardımı istəyib-istəməyəcəyi barədə suala cavab verərkən vurğulayıb.

Amerika prezidenti əlavə edib ki, Kiyevə dəstək verilir, o cümlədən uzunmüddətli perspektivdə Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinə dəstək veriləcək.

Bayden ümid etdiyini bildirib ki, ABŞ Ukraynanı dəstəkləmək üçün lazım olan maliyyəyə malik olacaq.

İyunun 8-də Bayden və Sunak arasında Ağ Evdə danışıqlar baş tutub. Bu, Britaniyanın baş nazirinin ötən ilin oktyabrında təyinatından sonra ilk səfəridir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.