Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatlarının verilməsi razılaşdırılıb

Merz
Merz

ABŞ və Avropa İttifaqının nümayəndələri Rusiya–Ukrayna münaqişəsi başa çatdıqdan sonra Ukraynaya NATO-nun beşinci maddəsinə bənzər təhlükəsizlik təminatlarının verilməsi barədə razılığa gəliblər.

Bunu Almaniya kansleri Fridrix Merz açıqlayıb.

Onun sözlərinə görə, əldə olunan razılaşma indiyədək mövcud olmayan, genişmiqyaslı və məzmunlu sənəddir.

Merz bildirib ki, həm Avropa ölkələri, həm də ABŞ birgə şəkildə Ukraynaya təhlükəsizlik təminatları verməyə hazırdır.

Kansler qeyd edib ki, söhbət NATO-nun beşinci maddəsində nəzərdə tutulan əsas prinsiplərə bənzər təhlükəsizlik zəmanətlərindən gedir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.