Umayra Tağıyevaya yeni vəzifə verildi

01 Aprel 2020 - 14:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə rəis təyinatı olub.

Nazirlikdən “Report”a verilən məlumata görə, bu vəzifəyə Umayra Tağıyeva təyin edilib.

O, bu təyinatadək Milli Hidrometeorologiya Departamentinin direktoru olub.

Qeyd edək ki, U.Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.