“Ümid edirəm ki, virusla bağlı vəziyyət iki-üç aydan daha tez düzələcək” –Putin

Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı vəziyyətin ölkədə yaxşılığa doğru dəyişəcəyini söyləyib.

Rusiya dövlət başçısı bu barədə sahibkarlarla görüşündə bildirib.

O vurğulayıb ki, koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi xəstəliklə mübarizəni sürətləndirməyə imkan verir: “Məcburi tədbirlər müvəqqətidir. Lakin bu tədbirə nə qədər sərt olsa, o qədər də effektli olacaq və bunun müddəti də qısalacaq”.

Rusiya Prezidenti koronavirusla bağı vəziyyətin iki-üç aydan daha tez düzələcəyinə ümid etdiyini söyləyib: “Bir sıra ölkələrdə deyirlər ki, koronavirusla müharibə çox çəkəcək. Lakin biz bu vəziyyətdən çıxacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

70 yaşlı Arif Quliyev küçəyə çıxdı, polis onu evinə qaytardı –

Sonrakı məqalə

Azərbaycanda 200 məhbus koronavirusa görə azadlığa buraxıldı –