“Ümid edirik geri dönəcək” –"Yeni Müsavat"dan Baş redaktorun istefası ilə bağlı AÇIQLAMA

“Yeni Müsavat” Media Qrupunun Baş direktoru Ələsgər Süleymanov qəzetin baş redaktoru Azər Ayxanın istefası ilə bağlı açıqlama yayıb. 

Azpost.info bildirir ki, Baş direktor A.Ayxanın isteva qərarını “gözlənilməz” adlandırıb: “”Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxanın Media Qrupu ilə yollarını ayırması barədə bəyanatı bizlər üçün də gözlənilməz və çox üzüntülü xəbər oldu. Azər Ayxan “Yeni Müsavat”ın əsas simalarından biri, onun yolunda 30 il çalışan qardaşımız, vazkeçilməz imzamızdır. Müəyyən məsələlərdə fikir ayrılığı, fərqli baxışların olması normal haldır və bunlar danışıqlar vasitəsilə ümumi ortaq fikrə gəlinməsinə, nəticədə ən doğru qərarların qəbul olunmasına xidmət etməlidir.

“Yeni Müsavat” Media Qrupunun kollektivi hələ də ümud edir ki, irəliləyən zamanlarda bu məsələ müsbət həllini tapacaq, Azər Ayxan bir müddət sonra da olsa, qəzetə geri dönəcək. O zamana, ya da məsələ ilə bağlı bütün cəhdlər nəticə verməyənə qədər Media Qrupdan rəsmi açıqlama olmayacaq. Əziz həmkarlarımızı səbrli olmağa, bu mövzuda spekulyasiyalara yol verməməyə çağırırıq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.