“Ümid edirik ki, Bakı-Tehran münasibətlərindəki hazırkı çat müvəqqəti xarakter daşıyır”- LAVROV

Ümid edirik ki, Bakı-Tehran münasibətlərindəki hazırkı çat müvəqqəti xarakter daşıyır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Rusiya XİN başçısı Bakı-Tehran münasibətlərindəki çatın tezliklə arxada qalacağını söyləyib: “Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına yardım edəcək. Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”, – o deyib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.