Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Ümid edirik ki, Bakı və İrəvan sülh müqaviləsini imzalaya biləcək” –

User 27 May 2023 - 14:33 (Last updated: 21 May 2025 - 20:15)
Moscow in pictures

“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına bundan sonra da hər cür yardım göstərməyə hazırdır və tərəflərin sülh müqaviləsi imzalaya biləcəyinə ümid edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsinin əldə edilməsi böyük ölçüdə normallaşmanın bütün yollarının irəliləməsindən asılıdır: “Əslində, Rusiyanın yardımı məhz buna yönəlib. O cümlədən həm İrəvana, həm də Bakıya uyğun olan balanslaşdırılmış, kompromis həll yollarının axtarışı ilə bağlı”.

Qaluzin qeyd edib ki, bu mövzuda Moskvada aparılan danışıqlar tərəflər arasında anlaşmanın yaxşılaşmasına, bir sıra məsələlərdə mövqelərin yaxınlaşmasına kömək etdi: “Biz bu məqsədlə Bakıya və İrəvana hər cür köməklik göstərməyə davam edəcəyik. Ümid edirik ki, bu cür müntəzəm təmaslar yekun sülh razılaşmalarına nail olmağa imkan yaradacaq”.

Qaluzin deyir ki, Moskvanın İrəvan və Bakı arasında müzakirələr üçün platforma təqdim etməsi Rusiyanın sülh prosesində konkret nəticələrin əldə olunmasına yardımının elementlərindən biridir: Rusiya tərəfi belə işləri Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını təşkil edən üçtərəfli sazişlərə uyğun olaraq həyata keçirir”.

XİN rəsmisi əlavə edib ki, sülh müqaviləsindən başqa, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması işinə nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ictimai təmasların inkişafı yolu ilə etimadın möhkəmləndirilməsi kimi sahələr daxildir.

Azpost.info

Post navigation

Previous: Ermənistan diversantların adını açıqlayıb
Next: Ukrayna Rusiya ilə bağlı 51 nəfərə və 220 şirkətə sanksiya tətbiq edib

Oxşar xəbərlər

erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00

xƏBƏR

erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. Bu barədə “24 TV” məlumat...
Read more about Ərdoğan Zelenskini qəbul edib
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.