Ümümdünya Səhiyyə Təşkilatının missiyası Azərbaycana gəlib

25 İyul 2020 - 17:06

Azərbaycana COVID-19-a qarşı mübarizədə dəstək göstərmək məqsədi ilə ÜST-ün missiyası ölkədə səfərdədir. Səfər 21 iyul – 2 avqust tarixi üçün planlaşdırılıb.

Bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, missiyanın məqsədi ölkədə mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsi, COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dəstək göstərilməsi, risk kommunikasiyası və icmalarla iş sahəsində boşluqların müəyyənləşdirilməsi və sözügedən məsələlərə dair müvafiq tövsiyələrin verilməsidir.

Missiya çərçivəsində yerli və beynəlxalq tərəfdaşlarla görüşlərin keçirilməsi, o cümlədən Bakı ilə yanaşı Şamaxı və Gəncə şəhərlərində epidemioloji qiymətləndirmə aparılması planlaşdırılır.