Ümümdünya Səhiyyə Təşkilatının missiyası Azərbaycana gəlib

Azərbaycana COVID-19-a qarşı mübarizədə dəstək göstərmək məqsədi ilə ÜST-ün missiyası ölkədə səfərdədir. Səfər 21 iyul – 2 avqust tarixi üçün planlaşdırılıb.

Bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, missiyanın məqsədi ölkədə mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsi, COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dəstək göstərilməsi, risk kommunikasiyası və icmalarla iş sahəsində boşluqların müəyyənləşdirilməsi və sözügedən məsələlərə dair müvafiq tövsiyələrin verilməsidir.

Missiya çərçivəsində yerli və beynəlxalq tərəfdaşlarla görüşlərin keçirilməsi, o cümlədən Bakı ilə yanaşı Şamaxı və Gəncə şəhərlərində epidemioloji qiymətləndirmə aparılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə daha 321 nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

Ötən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb-