Unibank müştəriləri artıq pul ödəyir, amma kredit cədvəli dəyişmir

Unibank
Unibank

Sosial şəbəkələrdə Unibank-la bağlı yayılan narazılıq geniş müzakirə doğurub. AzPost xəbər verir ki, istifadəçi Rasim Qasımov yazır ki, kredit müqaviləsində aylıq ödəniş 650 manat göstərilsə də, ilk ayda bank əlavə 350 manat alıb. Lakin bu ödənişə baxmayaraq, mobil tətbiqdə nə əsas borcda, nə də faiz hissəsində heç bir dəyişiklik görünmür və kredit cədvəli əvvəlki kimi qalır.

Unibank tərəfindən verilən cavaba əsasən, artıq ödəniş kreditin müddətini azaldır, lakin bu dəyişiklik sistemdə əks olunmur. Bu isə istifadəçidə sual doğurub: Əgər ödəniş artırsa, niyə sistemdə bu, şəffaf şəkildə görünmür?

Bankın bu davranışı müştəri hüquqlarının pozulmasıdırmı?

Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 47.1-ci maddəsinə əsasən, banklar müştəriləri ilə apardıqları əməliyyatlarda tam şəffaflıqməlumatlandırma vəzifəsi daşıyır. Həmin qanunda göstərilir ki, bank müştəriyə bütün şərtlər və dəyişikliklər barədə dəqiq və vaxtında məlumat verməlidir.

Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, bağlanmış müqavilə tərəflər üçün məcburi hüquqi sənəddir və tərəflər müqavilə şərtlərinə riayət etməyə borcludurlar. Əgər ödəniş şərtləri dəyişirsə və bu tətbiqə və ya ödəniş cədvəlinə əks olunmursa, bu, müqavilənin birtərəfli və qeyri-şəffaf icrası kimi dəyərləndirilə bilər.

Vətəndaş bu halda nə etməlidir?

Hüquqşünasların fikrincə, belə hallarda vətəndaşlar aşağıdakı addımları atmalıdır:

  1. Yazılı müraciət – İlk növbədə banka yazılı şəkildə müraciət edib, ödəniş cədvəlinin niyə yenilənmədiyini soruşmalıdır.

  2. Şikayət – Əgər banka edilən müraciət nəticəsiz qalarsa, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına  şikayət edilə bilər.

  3. İstehlakçı hüquqlarının müdafiəsi – Azərbaycan Respublikası  “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsinə əsasən, müştəri keyfiyyətsiz və qeyri-şəffaf xidmətə görə məsuliyyət tələb edə bilər.

  4. Məhkəmə müraciəti – Son olaraq, vətəndaş öz hüquqlarını qorumaq məqsədilə məhkəməyə müraciət edə bilər.

Banklar kredit ödənişlərini şəffaf göstərməlidir

Maliyyə ekspertləri qeyd edir ki, banklar artıq ödənişləri müvafiq kreditin əsas və faiz hissəsinə bölərək, avtomatik olaraq cədvəli yeniləməlidir. Əks halda bu, müştərinin yanlış məlumat əsasında qərar verməsinə səbəb ola və bank-müştəri etibarını zədələyə bilər.

Bankın mövqeyini dərc etməyə hazııq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.