“Unibank”ın sədri işdən çıxıb

Unibank
Unibank

“Unibank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov işdən çıxıb.

Məlumata görə, “Unibank”ın səhmdarlarının qərarına əsasən, onun vəzifəsini müvəqqəti olaraq müavini Heybət Qədirov icra edəcək. O, 2008-ci ildən Bankda çalışır.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,386 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.