Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas binasında iri həcmli təmir işlərinə başlanacaq.
AzPost xəbər verir ki, tender sənədlərində layihənin ümumi dəyəri təxminən on milyon manat – konkret olaraq 9 milyon 863 min 872 manat göstərilib.
Təmirə universitetin Bakı şəhəri, İstiqlaliyyət küçəsində yerləşən inzibati binası daxildir. İşlərə idman zalının şüşə arakəsmələrinin sökülüb yenidən qurulması, istilik və su təchizatı sistemlərinin yenilənməsi və yanğın təhlükəsizliyi üçün su xətlərinin çəkilməsi daxil olacaq.
Layihədə istifadə ediləcək boru və avadanlıqlar əsasən poladdan hazırlanacaq və müxtəlif diametrlərdə olacaq.
Qeyd edək ki, satınalma prosesi UNEC tərəfindən həyata keçirilir və işlərin icrası mərhələli şəkildə planlaşdırılıb.
İlkin mənbə: Baku.ws