Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

“Universitetlər şəhər ətrafına köçürülməlidir”

Orkhan Ali 31 Yanvar 2025 - 19:16 (Last updated: 21 May 2025 - 20:15)
tibb universit

“Bakı şəhərinin mərkəzində yerləşən universitetlərin şəhərətrafı ərazilərə köçürülməsi nəqliyyat sıxlığının azaldılması və təhsil infrastrukturunun genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır”.

“AzPolitika” xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərində 35 ali təhsil müəssisəsi fəaliyyət göstərir və burada 140 mindən çox tələbə təhsil alır: “Bu tələbələrin gündəlik hərəkəti şəhərin əsas yollarında nəqliyyat yüklənməsinə səbəb olur. Xüsusilə Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və digər iri ali təhsil müəssisələrinin mərkəzi küçələrdə yerləşməsi tıxac problemini daha da kəskinləşdirir”.

K.Əsədov hesab edir ki, bu kontekstdə Xırdalan, Sumqayıt, Hövsan, Masazır və Qaradağ kimi ərazilər universitet şəhərciklərinin salınması üçün potensial bölgələr kimi nəzərdən keçirilə bilər.

“Bu bölgələrdə geniş torpaq sahələrinin olması müasir və innovativ ali təhsil mərkəzlərinin yaradılmasına imkan verəcək”, – o, əlavə edib.

Ekspert dünya təcrübəsinə istinad edir: “Təcrübə göstərir ki, şəhərdən kənarda yerləşən universitetlər daha müasir kampus şəraiti və geniş infrastruktura malik olur. Məsələn, Türkiyədə ODTÜ və Bilkent, ABŞ-da Stanford və MIT, Almaniyada Heidelberg Universiteti şəhər mərkəzindən kənarda yerləşərək tələbələr üçün optimal şərait yaradır”.

Kamran Əsədovun sözlərinə görə, bu köçürülmə prosesi mərhələli şəkildə həyata keçirilməli və tələbələr üçün nəqliyyat əlçatanlığı təmin edilməlidir.

“Əks halda, yeni universitetlərin şəhərətrafına yerləşdirilməsi onların fəaliyyətinə mənfi təsir edə bilər. Azərbaycan bu keçid dövrünü planlı şəkildə həyata keçirsə, həm ali təhsilin keyfiyyəti yüksələcək, həm də şəhərin nəqliyyat problemi həll olunacaq. Bu addım təkcə nəqliyyatın yüklənməsini azaltmayacaq, eyni zamanda ali təhsil müəssisələrinin daha müasir və innovativ formata keçməsinə imkan yaradacaq”, – təhsil eksperti vurğulayıb.

Post navigation

Previous: Elan edilməmiş müharibə: Qonşu ölkə Trampa xəbərdarlıq etdi
Next: “Üzməyə gedirik?” – Trampın bu zarafatı kəskin reaksiyalar səbəb oldu

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Türkiyə Cənubi Qafqazdan keçən və regionu Türkiyə ərazisi ilə birləşdirən Orta dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin...
Read more about Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.