Ürək və astma xəstələri dərmanları belə alacaq- VİDEO

Dərmanlar
Dərmanlar

Ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada İcbari Tibbi Sığorta ilə qarşılanması nəzərdə tutulub.

Bu ilin ikinci yarısından ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.

Bu barədə məlumatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova “Xəzər Xəbər”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, yenilənən xidmətlər zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq.

Leyla Lətifova deyir ki, məbləğin bir hissəsi vətəndaş tərəfindən qarşılanacaq. Bu da dərmanların tərkibinə görə müəyyənləşəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.