Ursula fon der Lyayen sabah Kiyevə gəlir

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ukrayna prezidenti Vladimir Zelenski ilə enerji təhlükəsizliyi məsələlərini müzakirə edəcək.

Azpost.info xəbər verir ki, bu barədə AK rəhbəri özü məlumat verib.

Görüş sentyabrın 20-də Kiyevdə baş tutacaq.

“Mən sabah Zelenski ilə bu məsələləri şəxsən müzakirə etmək üçün Kiyevə gedirəm”, – Avropa Komissiyasının rəhbəri Brüsseldə mətbuat konfransında bildirib.

Azpost.info

Əvvəlki məqalə

Lənkəranda alkoqolizm və narkomaniyaya qarşı tədbir keçirilib –

Sonrakı məqalə

Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb