İtaliyalı milyarder – “EssilorLuxottica” holdinqinin ən böyük səhmdarı və rəhbəri Leonardo del Vekkio 87 yaşında vəfat edib.
Azpost.info xəbər verir ki, onun ölümünü sahibi olduğu məşhur “Ray Ban” şirkəti elan edib.
“Forbes”də iş adamının sərvətini 24,8 milyard dollar qiymətləndiriblər.
Del Vekkio yoxsulluq içində böyüyüb və 7 yaşı olanda anası onu uşaq evinə verməyə məcbur qalıb. 1960-cı ildə eynək çərçivəsi biznesinə başlayan del Vekkio bir il sonra İtaliyanın şimalında “Luxottica” şirkətini qurub. Bir müddət sonra şirkət böyüyərk korreksiyaedici və günəş eynəklərinin ən böyük istehsalçılarından birinə çevrilib. 1999-cu ildə isə məşhur eynək istehsalçısı “Ray Ban”ı 640 milyon dollara satın alıb.
2022-ci ilin birinci rübünün nəticələrinə görə, “EssilorLuxottica”nın gəliri 5,6 milyard avro təşkil edib.
Azpost.info