Uşaq Hüquqları Müdafiəsi Liqası “Müharibə uşaqların gözü ilə” layihəsinə start verib

Azərbaycan Uşaq Hüquqları Müdafiəsi Liqası İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Müharibə uşaqların gözü ilə” adlı layihənin icrasına başlayıb.

Layihənin məqsədi 1993-cü ildə Liqa tərəfindən Təhsil Nazirliyi ilə birgə keçirilmiş “20 Yanvar faciəsi” mövzusunda inşa müsabiqəsinin materiallarını gələcək nəsillərə çatdırmaq, həmçinin xalqımızın mübarizəsini, ordumuzun qəhrəmanlığını və milli birliyimizi yeni baxış bucağında təqdim etməkdir.
Layihə çərçivəsində toplanmış materiallar əsasında “20 Yanvar uşaqların gözü ilə” adlı kitabın nəşri planlaşdırılır

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.