Özünə inamın olmaması həm uşaqlıqda, həm də yetkinlikdə hədəflərə çatmaqda maneə ola bilər.
AzPost bildirir ki psixoloq Alexandra Mixeiçeva uşaqda özünə inamı necə inkişaf etdirmək barədə danışıb.
“Uşağın qiymətlərinə, uğurlarına və ya davranışına görə deyil, sadəcə olaraq kim olduğuna görə qiymətləndirildiyini bilməsi vacibdir. Bu, əsas təhlükəsizlik hissi yaradır. Tərif nəticəyə deyil, prosesə – səyə, əzmkarlığa və yenidən cəhd etmək bacarığına görə verilməlidir”, – mütəxəssis qeyd edib.
Mütəxəssis vurğulayıb ki, zəhmətinə görə təriflənən uşaqlar uğursuzluğa daha dözümlü olur, səhvlərdən daha az qorxurlar.