Uşaqlar telefonda nə qədər vaxt keçirə bilər? –ARAŞDIRMA

Yeni Zelandiya alimləri ABŞ-dan olan həmkarları ilə birlikdə kiçik bir uşağın telefonda keçirə biləcəyi təhlükəsiz vaxt müddəti müəyyən ediblər.

Azpost.info bildirir ki, alimlər öz araşdırmalarını Kanterberi Universitetinin saytında dərc ediblər.

Tədqiqatçılar Yeni Zelandiyanın ən böyük  tədqiqatında toplanan 6000-dən çox uşağın məlumatlarına əsaslanaraq 9 aylıq, iki, dörd, beş və səkkiz yaşlı uşaqlara ekranın təsirini qiymətləndiriblər. Onlar uşaqlıq dövrlərinin müxtəlif mərhələlərində uşaqların ekran qarşısında keçirdikləri vaxtın miqdarını ölçüblər. Bununla uşaqların inkişaf dərəcəsini də qiymətləndiriblər.

Tədqiqata görə, erkən uşaqlıq dövründə – doqquz aydan beş yaşa qədər ekran qarşısında daha çox vaxt keçirən uşaqlar dil və təhsil qabiliyyətlərində daha aşağı nəticə göstəriblər. Onların valideynləri beş və səkkiz yaşlarında həmyaşıdları ilə problemləri barədə daha çox məlumat veriblər.

Onların fikrincə, ekran qarşısında çox vaxt keçirən uşaqlar uşaq fəaliyyətinin sosial cəhətdən aktiv növlərində (oyunlarda, muzeylərə səyahətlərdə və s.) az iştirak edirlər.

“Erkən uşaqlıq dövrü valideynlərin uşaqların vərdişlərinə ən çox təsir etdiyi dövrdür. Və bu, sağlam vərdişlərin formalaşması üçün kritik dövrdür. Buna görə də erkən uşaqlıq dövründə ekrana baxma vaxtını azaltmaq son dərəcə vacibdir. Tövsiyə olunur ki, 2 yaşa qədər uşaqlar ümumiyyətlə ekran qarşısında  vaxt keçirməsinlər, iki-beş yaş arası uşaqlar gündə bir saatdan, beş yaşdan yuxarı uşaqlar isə gündə iki saatdan az olsunlar”, – alimlər bildirib.

Azpost.info 

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Moldovaya səfəri başa çatıb

Sonrakı məqalə

Rusiyada məşhur “Volqa” avtomobili yenidən istehsal olunacaq