Uşaqlar üçün ən zərərli oyuncaqlar –DİQQƏTLİ OLUN

Oyuncaq
Oyuncaq

Uşaq oyuncaqları valideynlərin diqqət etməli olduğu mühüm məsələlərdəndir. AzPost xəbər verir ki, bəzi oyuncaqlar uşaqlar üçün ciddi təhlükə yaradır və sağlamlığa ziyan vurur. Mütəxəssislər təhlükəli oyuncaqların siyahısını açıqlayıb.

Plastik tərkibli, ucuz və sertifikatlaşdırılmamış məhsullar zərərli kimyəvi maddələr ehtiva edir. Bu maddələr uşaqlarda allergiya və tənəffüs problemlərinə səbəb ola bilər. Xüsusilə Çin istehsalı oyuncaq məhsullarının təhlükə faizi daha yüksəkdir.

Kiçik ölçülü oyuncaq hissəcikləri də boğulma təhlükəsi yaradır. Uşaqlar oyuncağın xırda detallarını udduqda, bu, həyat üçün təhlükəli vəziyyət yarada bilər. Bu səbəbdən 3 yaşına qədər uşaqlara belə oyuncaqlar qətiyyən verilməməlidir.

Həkimlər batareyalı oyuncaqlara da xüsusi diqqət yetirilməsini tövsiyə edir. Çünki batareya udulması və ya sızması zamanı uşaqların daxili orqanlarında ciddi zədələnmələr ola bilər. Həmçinin səsli və işıqlı oyuncaqlar eşitmə və psixoloji təsir baxımından təhlükəlidir.

Təkərli və sürüşən oyuncaqlar isə uşaqların yıxılıb xəsarət almasına səbəb olur. Xüsusilə evdə sərt döşəmələrdə istifadə edilən bu cür əşyalar baş nahiyəsində zədələnmələrə yol aça bilər.

Valideynlər oyuncaqlar alarkən məhsulun təhlükəsizlik sertifikatına və materialına diqqət etməlidir. Hər yaş üçün uyğun və yoxlanılmış məhsullardan istifadə tövsiyə olunur. Uşaq sağlamlığı hər şeydən önəmlidir və seçimlərdə ehtiyatlı olmaq vacibdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.