“Uşaqları ana dilini bilməyən və yalnız rus dilində danışan məmurlar işdən qovulacaqlar”.
Azpost.info xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov bildirib.
“Tez-tez olur ki, mənim komandamın nümayəndələrinin uşaqları çeçen dilini bilmirlər. Belə məmurları işdən çıxarmağa başlayacağam. Valideynlər ilk növbədə uşaqlara ana dilini öyrətməlidirlər”, – Kadırov deyib.
O qeyd edib ki, uşaq bağçalarında və məktəblərdə uşaqlara rus dili öyrədilir və valideynlər çox vaxt buna təşviq edirlər: “Uşaqlar hətta rus dilində düşünməyə başlayırlar. Çeçen dilində danışmayan, düşünməyən nəslin gələcəyi yoxdur. Bunsuz onlar çeçen ola bilməzlər”.
Kadırov belə məmurları nəinki işdən çıxarmaqla hədələyib, onlarla bütün əlaqələri kəsəcəyini də bildirib: “Keçmişdə xalqımızı məhv etmək cəhdlərinə, həbslərə, repressiyalara baxmayaraq, əcdadlarımız təkcə ana dilini deyil, dinini də qoruyub saxlayıb. Doğma dilimizin itirilməsinə haqq qazandırmaq artıq mümkün deyil”, – Kadırov əlavə edib.
Azpost.info