ÜST:"Koronavirusa yoluxanların sayı 146 314-ə çatıb, 72 556 nəfər sağalıb, 5442 nəfər ölüb"

Yeni koronavirusa (COVID-19) yoluxanların sayı 146 314-ə çatıb.

APA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının martın 14-nə olan statistikasında bildirilir ki, xəstələrdən 5442 nəfəri ölüb, 72 556 nəfəri sağalıb.

Məlumatda deyilir ki, Avropa ölkələrində vəziyyət çox ciddidir. Xüsusilə İtaliya, İspaniya, Fransa və Almaniyada yeni yoluxma halları artır. Norveç, İsveç, İsveçrə və Niderlandda da yoluxma faizi kifayət qədər yüksəkdir.

İran və Cənubi Koreyada da yeni yoluxma halları artır, İranda ölüm faizi isə rekord səviyyədə artmaqdadır.

Qeyd edək ki, Azərbaycanda 19 nəfərdə yeni koronavirus aşkarlanıb, onlardan 6-sı müalicə olunaraq sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oğuz və Qəbələ meşələrində qiymətli ağacları satan vəzifəli məmurlar həbs edildi –

Sonrakı məqalə

İran koronavirusla mübarizədə yardımına görə Azərbaycana təşəkkür edib