ÜST:"Koronavirusla bağlı irqi diskriminasiyaya yol verilməməlidir"

Koronavirus (COVID-19) epidemiyasının meydana çıxmasından sonra bəzi şəxslərə qarşı stiqma və diskriminasiya müşahidə edilir. 

APA-nın xəbərinə görə, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda əksini tapıb.

“Stiqma diskriminasiyaya məruz qalmamaq üçün xəstəliyi gizlətməyə məcbur edə, dərhal tibbi yardıma müraciət etməkdən çəkindirə və gigiyena qaydalarına riayət etməkdən yayındıra bilər. Koronavirusla bağlı danışarkən daha ehtiyatlı olmalı və irqi diskriminasiyaya yol verməməliyik”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tələbələrə təqaüd təyin olunması qaydası dəyişib

Sonrakı məqalə

Magistratura təhsili ilə bağlı qayda dəyişdi