ÜST koronavirusa dair məlumatlar yayan saytla bağlı xəbərdarlıq edib

12 Mart 2020 - 15:44

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sosial şəbəkələrdə internet səhifələri adından yayılan məlumatlara münasibət bildirib. 

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən “Report”a bildirilib ki, “Worldometers” adlı saytın quruma heç bir aidiyyəti yoxdur.

ÜST-nin internet səhifələri aşağıdakılardır:

ÜST-nin qlobal internet səhifəsi www.who.int

ÜST-nin Avropa üzrə Regional Ofisinin səhifəsi www.euro.who.int