ÜST pandemiya ilə əlaqədar qlobal səhiyyədə fövqəladə vəziyyət rejimini üç ay uzadıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyədə fövqəladə vəziyyət rejimini daha üç ay uzadıb.

Bu barədə ÜST-ün Cenevrədəki fövqəladə vəziyyətlərlə bağlı komitəsindən bildirilib.

Komitənin iclasında dünyada koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət ətraflı analiz olunub.

“ÜST-ün baş direktoru COVID-19 pandemiyasının beynəlxalq əhəmiyyət daşıyan ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət yaratmağa davam etməsi barədə qərar qəbul edib. O, komitənin tövsiyyəsi ilə razılaşıb”, – deyə ÜST-ün fövqəladə vəziyyətlərlə bağlı komitəsinin məlumatında vurğulanıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir