ÜST TƏBİB-ə 1 milyon tibbi maska hədiyyə etdi –Azərbaycana 2,5 milyon ədəd maska gətirildi (FOTO)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş qərargahından Azərbaycana göndərilən 1 milyon maska bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil verilib.

ÜST Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, Azərbaycan Səhiyyə Nazirliyinə də tibbi maskalar təqdim olunacaq. “Bunlar ÜST-dən gələn təmənnasız hədiyyələr olaraq qəbul olunmalıdır,” – deyə beynəlxalq təşkilatın nümayəndəsi bildirib.

Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə əməkdaşlıqdan məmnunluğunu bildirən Hande Harmancı deyib: “Bu hədiyyənin töhfə verəcəyinə ümid edirik. Birlikdə çalışmağa və koronavirusla mübarizə üçün birgə gücümüzü birləşdirməyə davam edəcəyik”.

O, həmçinin bildirib ki, bu gün ÜST-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Ədliyyə Nazirliyinə 250 min maska təqdim olunacaq: “Bir neçə qeyri-hökumət təşkilatlarına da tibbi maskalar veriləcək. Ümumiyyətlə Azərbaycana 2,5 milyon ədəd maska gətirilib. Bunları birgə əməkdaşlıq etdiyimiz Azərbaycanın müxtəlif qurumlarına bölüşdürəcəyik. 2020-ci ilin sonunadək bütün bu maskaları təqdim edəcəyik”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir