Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

ÜST-ün Azərbaycanda fəaliyyəti mövzusunda “dəyirmi masa” keçirilib

User 26 Aprel 2022 - 19:44 (Last updated: 21 May 2025 - 20:15)
masa

Heydər Əliyev Mərkəzində “ÜST-nin Azərbaycanda fəaliyyəti: gələcək əməkdaşlıq naminə fikir mübadiləsi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu bir təşkilat ilə sıx əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb: “Azərbaycanın müstəqilliyinin ilk illərində rastlaşdığı əsas çətinliklərdən biri də səhiyyə sahəsindəki problemlər idi. Xüsusilə vərəm, malyariya, difteriya, ana və uşaq sağlamlığının qorunmasındakı çatışmazlıqlar, təchizat məsələləri və digərləri. O illər başqa sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə mühüm islahatlar başladı, bir neçə ilə əməli nəticələr əldə olundu. Milli səhiyyə üçün çətin dövrlərdə bizə dəstək göstərən nüfuzlu təşkilatlardan biri Ümumdünya Səhiyyə Təşkilatı olub. O zamandan bu günə qədər Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizin müxtəlif infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizədə və milli səhiyyənin potensialının artırılmasında etibarlı tərəfdaşımızdır”.

“Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu islahatların təməlini təşkil edir. Səhiyyə sahəsində aparılan mühüm işlərdə Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu böyükdür. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub”, – Teymur Musayev fikrini tamamlayıb.

ÜST-ün Avropa üzrə regional direktoru Hans Henri Kluge “Gələcək əməkdaşlıq naminə fikir mübadiləsi” mövsusunda çıxış edib. O, Avropa “İmmunlaşdırma Həftəsi”nin qeyd olunduğu bir vaxtda COVID-19 pandemiyasından çıxarılan dərslər əsasında keyfiyyətli səhiyyə islahatlarına əlçatanlığın artırılması və zəruri peyvəndlərin əhəmiyyətinin vurğuladı: “Pandemiya keyfiyyətli səhiyyə xidmətlərinin hər kəsə əlçatanlığının təmin edilməsinin vacibliyini bir daha təsdiq etdi. Bu istiqamətdə də Prezident İlham Əliyevin dəstəyi ilə aparılan səhiyyənin maliyyələşdirilməsi islahatları nəticəsində Azərbaycanın atdığı konkret addımları görməkdən çox məmnunam”.

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı ÜST-ün Azərbaycanda həyata keçirdiyi layihələr haqqında məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əlaqədə çalışır.

Sonra Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin fəaliyyətini əks etdirən fotosərgi təqdim olunub.

“Report”

Post navigation

Previous: Xarkov vilayətində Rusiyanın Ka-52 helikopteri vurulub
Next: BMT-nin Baş katibi Putinlə görüşüb

Oxşar xəbərlər

sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25

xƏBƏR

çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
Azərbaycanda çay sadəcə içki deyil, gündəlik həyatın və qonaqpərvərliyin ayrılmaz hissəsidir. Səhər yeməyindən sonra, işdə fasilə zamanı,...
Read more about Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb? menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.