ÜST-ün “Sputnik V” vaksini bərədə qərar verəcəyi tarix açıqlanıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Rusiyanın yeni növ koronavirusa (COVID-19) qarşı “Sputnik V” vaksininin təcili tətbiqinin tövsiyə olunan peyvəndlər sırasına daxil edilməsi üçün qiymətləndirməni iyunun sonları, iyul ayında apara bilərlər.

Bunu bu gün keçirilən brifinqdə ÜST-ün Baş direktorunun köməkçisi Mariancela Simao bildirib. Simao deyib ki, ekspertlər “Sputnik V” vaksininin Rusiyada istehsal və klinik praktikasını öyrənəcək: “Bizim əlimizdə vaksin barədə tam hesabat, o cümlədən vaksinin etibarlı şəkildə istehsalı və istehsal praktikası barədə məlumatlar olan zaman bu, texniki ekspert qrupu tərəfindən qiymətləndirilə bilər. Biz bunu ən tezi iyunun sonu, yaxud iyulda gözləyirik”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İpoteka Fondunun nizamnamə kapitalı artırılıb –

Sonrakı məqalə

Azərbaycanda bir gündə 418 nəfər koronavirusa yoluxub –