Azərbaycanda bir gündə 418 nəfər koronavirusa yoluxub –19 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 418 yeni yoluxma faktı qeydə alınıb, 1095 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 321798 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 297784 nəfər müalicə olunaraq sağalıb, 4580 nəfər vəfat edib, aktiv xəstə sayı 22434 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5180, ötən müddət ərzində isə ümumilikdə 3267835 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ÜST-ün “Sputnik V” vaksini bərədə qərar verəcəyi tarix açıqlanıb

Sonrakı məqalə

“Rusiya Dağlıq Qarabağa birbaşa müdaxilədən çəkindi, Moskva taktikanı dəyişib” –