“Üzməyə gedirik?” – Trampın bu zarafatı kəskin reaksiyalar səbəb oldu

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda baş verən ölümcül təyyarə qəzasından sonra verdiyi açıqlama böyük reaksiyalara səbəb olub.

“AzPolitika” xəbər verir ki, dünən axşam Ağ Evdə keçirilən mətbuat konfransında danışan Tramp yanvarın 29-da hərbi helikopterlə “American Airlines” təyyarəsinin toqquşduğu qəzada sağ qalan sərnişinin olmadığını təsdiqləyib. Tramp ardınca qəza yerinə gedib-geyməyəcəyi ilə bağlı suala cavab verib. Lakin Amerika liderinin bu cür həssas bir mövzuda kinayəli zarafatı ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

“Mən bir səfər planlaşdırıram, amma qəza yerinə yox. Nə? Mənə deyin görüm qəza yeri haradadır? Suda… Üzməyə gedirik?”,- deyə o bildirib.

Xatırladaq ki, 64 sərnişini daşıyan təyyarə aşinqton Milli Hava Limanına enməyə hazırlaşarkən hərbi helikopterlə toqquşaraq Potomak çayına düşüb. Nəticədə hava gəmisinin göyərtəsində olan bütün sərnişinlər həlak olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.