Ukrayna Prezidenti Volodimir Zelenski ikinci prezidentlik müddəti ilə bağlı hələ qərar vermədiyini bildirib. Bütün vədlər yerinə yetirilənə qədər ikinci dəfə prezidentliyə namizədliyimlə bağlı düşünmürəm.
Bu fikri Zelenski “Xalqın xidmətçisi” fraksiyasının zirvə toplantısından sonra brifinqdə söyləyib.
Zelenski birinci müddət bitməmiş bütün vədləri yerinə yetirmək istədiyini qeyd edib. “Proqramımızın 30-35 faizini başa vurduğumuzu düşünürəm. Ancaq bütün gücümüzlə işləməsək, vədlərin hamısının yerinə yetirilməsinə vaxtımız olmayacaq”, – deyə Volodimir Zelenski əlavə edib.