Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov üz-üzə gələcək –“Champions Chess Tour”

Oktyabrın 3-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin 8-ci turunun oyunları keçiriləcək.

8-ci turda qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcək.

Qeyd edək ki, ötən turun nəticələrinə görə Teymur Rəcəbov 21 xalla 3-cü pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov isə 9,5 xalla sonuncu yerdədir. Turnir cədvəlinə Maqnus Karlsen 28,5 xalla liderlik edir.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncə Baş Polis İdarəsinin idarə rəisi vəfat edib

Sonrakı məqalə

“Vədlərimi yerinə yetirməsəm prezidentliyə namizəd olmayacağam”-