Şəhidi Pərviz Nağıyev Tovuzda dəfn olunub –

FOTO
22 May 2021 - 12:30

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbçisi dəfn olunub.

Şəhid Nağıyev Pərviz Güloğlan oğlu bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.

**

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşən Tovuz rayon sakini Nağıyev Pərviz Güloğlan oğlunun meyiti aşkar olunub.

Tovuz Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhidin nəşi bu gün rayona gətiriləlrək dəfn ediləcək.