“44 günlük müharibənin qəhrəmanları qazilərimiz və şəhidlərimizdir”.
Azpost.info bildirir ki, bu sözləri Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay AZTV-də yayımlanan “Əsas məsələ” verilişində bildirib.
Qeyd edək ki, “Əsas məsələ” verilişinin növbəti buraxılışı Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə həsr olunub.
B.Ersay efirə dəvət olunan qonaqlar sırasında olub.
Bəxtiyar Ersay deyib ki, Azərbaycan ordusunun və türk silahlı qüvvələrinin birgə təlimləri bu ilə icra olunan son təlimlərdir: “Bu təlimlərdə qazandığımız barədə danışarkən bunu deyə bilərik:Tək millət, iki dövlət tək ordu!”
“Qardaş ölkə olsaq da bəzən hərbi terminlərdə çətinlik yaşadığımız anlar ola bilir. Biz bunu birgə təlimlərə aşdıq. Azərbaycan ordsunun savaş və Türkiyə ordusunun savaş təcrübəsini bir araya gətirmək qarşılıqlı olaraq yaxşı və çatışmayan hallarını görməyə, onu aradan qaldırmağa imkan verir. İki ölkənin birlikdə icra etdiyi bu təlimlər yeni bir səviyyəsini nümayiş edirdi”-deyə general deyib.