Vətən müharibəsinin şəhidi, kapitan Əbülfəz Rəhmətov Lerikdə dəfn olunub –

FOTO
07 May 2021 - 13:55

Vətən müharibəsində şəhid olan kapitan Əbülfəz Rəhmətov Lerik rayonunun Anbu kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş zabiti, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi doğulduğu Lerik rayonunun Anbu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, iştirak edib.

Tabuta bükülmüş Azərbaycan Bayrağı şəhidin atası Hüseynverdi Rəhmətova təqdim olunub.