Bill Qeytsin arvadı ilə boşanmasının səbəbi məlum olub –Həyat yoldaşına xəyanət edirmiş (FOTO)

“Microsoft”un qurucusu, milyarder Bill Qeytsin Melinda Qeytslə 27 illik evliliyi xəyanət nəticəsində bitib.

ABŞ mediasında yer alan xəbərlərə görə, Bill Qeytsin keçmiş sevgilisi Ann Vinbland, şirkətin direktoru Ze Vanq və adı açıqlanmayan daha iki qadınla münasibəti olub.

Bill Qeyts gənclik vaxtında eşq yaşadığı Ann Vinblad ilə hər ilin yazında bir həftə tətilə gedirmiş.

Eyni zamanda, milyarder hər ayın müəyyən günlərini Ze Vanqla birgə keçirib. Onun digər iki sevgilisi isə proqramçıdır.

Melinda Qeyts bütün bunları uzun zamandır bildiyini amma səssiz qalmağa üstünlük verdiyini deyib.

36 yaşlı Ze Vanq barəsində Çinin “Weibo” sosial media platformasında çıxan xəbərlərin əsassız olduğunu deyib:

“Bu dedi-qoduların öz-özünə keçəcəyini düşündüm, belə sürətlə yayılacağı ağlıma gəlməzdi. Bu iddialara cavab verməyə xərclədiyim zamanda bir neçə kitab oxuyaram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətən müharibəsinin şəhidi, kapitan Əbülfəz Rəhmətov Lerikdə dəfn olunub –

Sonrakı məqalə

Klub prezidenti azyaşlı futbolçuların enerji içkisi içdikləri foto danışıdı –