Vətən müharibəsinin şəhidi sabah II Fəxri Xiyabanda dəfn olunacaq

19 May 2021 - 14:59

Vətən müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimov sabah dəfn olunacaq.

Şəhid hərbçi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Şəhidin qardaşı Çingiz İbrahimov APA-ya bildirib ki, bu gün axşam saatlarında Təbriz İbrahimovun nəşinin Salyan rayonunun Çadırlı kəndinə gətirilməsi gözlənilir. Şəhidlə doğulduğu kənddə vida mərasimi keçiriləcək.

Sabah səhər isə şəhidin nəşi dəfn olunmaq üçün Salyandan Bakıya yola salınacaq.