Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Vətən Torpağını Qanları ilə Suvaranlar” layihəsinin ilk tədbiri keçirildi

User 24 Oktyabr 2025 - 14:35 (Last updated: 24 Oktyabr 2025 - 16:01)
qar02

23 oktyabr 2025-ci il tarixində “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin iclas zalında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən Torpağını Qanları ilə Suvaranlar” adlı layihə çərçivəsində ilk tədbir baş tutub.

Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri və layihə rəhbəri Firidun Məmmədov çıxış edərək tədbiri açıq elan edib. O, layihənin həyata keçirilməsinə verdiyi maliyyə dəstəyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib, son illərdə Agentlik tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və ictimai birliklərlə iş sahəsində aparılan ciddi islahatlardan danışıb.

“Layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canını və sağlamlığını qurban vermiş qəhrəmanların təbliği, onların göstərdiyi şücaətin gənc nəsil üçün örnək kimi təqdim olunması və vətənpərvərlik ruhunun yüksəldilməsidir”.

Daha sonra tədbir iştirakçıları layihə barədə fikir və təkliflərini səsləndiriblər. Birinci Qarabağ müharibəsinin iştirakçısı, tabor komandiri olmuş, ağır yaralanmış birinci dərəcəli müharibə əlili, istefada olan polkovnik-leytenant Qurban Sadıxzadə çıxış edərək bu kimi vacib layihələrin həyata keçirilməsində dəstək göstərən təşkilatlara minnətdarlığını bildirib. O, həmçinin müharibə əlilləri, veteranlar və şəhid ailələrinin daha geniş təbliğ olunmasının vacibliyini vurğulayıb.

Birinci Qarabağ döyüşçülərindən biri, düşmənin üç tankını məhv etmiş kəşfiyyatçı qazi Dönməz Həsənov belə layihələrin daha tez-tez təşkil edilməsinin önəmini qeyd edib. Birinci Qarabağ müharibəsində bir ayağını və gözünü itirmiş qazi Səyyaf Məmmədov isə ictimaiyyətlə görüşlərdə qazilərə göstərilən xüsusi diqqət və qayğının artdığını vurğulayıb. Müharibədə qardaşını şəhid verən və iki ayağını itirmiş Əkrəm Rzayev çıxışında şəhidlərə və qazilərə dövlət tərəfindən göstərilən yüksək dəyərdən danışıb.

Digər iştirakçılar da söz alaraq layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər və Ali Baş Komandanın əmrlərinə hər zaman hazır olduqlarını bildiriblər.

Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub.

 

 

 

AzPost.az

Post navigation

Previous: “30 gündür nə pul var, nə iz, nə də izahat”
Next: Ukraynada qatarda qumbara partlayıb –

Oxşar xəbərlər

teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.