Vətəndaşlara yeni dələduzluq növü ilə bağlı- XƏBƏRDARLIQ

Kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı yeni növ dələduzluq həyata keçirilir.

Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, vətəndaşlara göndərilən mesajda “Youtube” sosial şəbəkəsində müəyyən addımları həyata keçirərək qazanc əldə edilməsi vədi verilir.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərdən bu cür təkliflər gəldikdə diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə fərdi və bank kartı məlumatlarını qarşı tərəfə ötürməməyi, hər hansı şirkət və ya qurum adından gələn iş təklifləri bağlı birbaşa şirkətin və ya qurumun özündən bu məlumatları dəqiqləşdirməyi tövsiyə edir”, – deyə məlumatda bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.