Vəkil Nemət Kərimlini təhqir edən jurnalistə həbs cəzası verilib

xəbərdarlıq edilib
xəbərdarlıq edilib

Vəkil Nemət Kərimlinin onun və yaxınlarının sosial şəbəkədə təhqir olunması barədə xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə sosial şəbəkədə saxta hesab yaradaraq vəkili və yaxınlarını təhqir etməkdə təqsirləndirilən İmamət İsmayılova barəsində qərar qəbul edilib.

Bundan əvvəl də xüsusi ittiham qaydasında ittiham edilərək 6 aylıq həbs olunan və hazırda cəza çəkən İmamət İsmayılovanın cəzaları birləşdirilib və ona 8 ay həbs cəzası təyin edilib.

1994-cü il təvəllüdlü İmamət İsmayılovanın jurnalist olduğu bildirilir./APA/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.