Vəkillər Kollegiyasının üzvü olan vəkilə cinayət işi açılıb –Dələduzluqda ittiham olunur

Azərbaycanda Vəkillər Kollegiyasının üzvünə cinayət işi açılıb.

13 saylı Vəkil Bürosunun vəkili Əkbərov Ruhid Rəşid oğlu külli miqdarda dələduzluqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli mirdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.

Vəkillər Kollegiyasından bildirilib ki, həmin vəkil Kollegiyanın üzvü olsa da, fəaliyyəti dayandırılıb. R. Əkbərov barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əməkdar artist Adil Zeynalov vəfat edib

Sonrakı məqalə

Çində virusa yoluxanların sayı 80 mini ötüb –