Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək

Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsində 21.1.4-cü maddədə dəyişiklik təklif edilir. Beləliklə, layihəyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. Layihəyə əsasən, İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər. 

Qeyd edək ki, hazırda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həmin çağırışçılara yalnız bir dəfə möhlət verilir.

Qanun layihəsi səsə qoyularaq  üçüncü oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisdə hərbçilərin maaşları ilə bağlı məsələ qaldırılıb

Sonrakı məqalə

Yalçın Rzazadə ilə vida mərasimi keçirilir –