Vətən müharibəsində itkin düşmüş kapitan Əkbər Pənahovun nəşi tapılıb –RƏSMİ

İtkin düşən daha bir hərbi qulluqçunun – kapitan Pənahov Əkbər Bəylər oğlunun nəşi  tapılıb.

Bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşən daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, nəşinin aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülürməsi təmin olunub”.

İtkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SABAHA OLAN HAVA PROQNOZU

Sonrakı məqalə

Qubada məktəb tikilən ərazinin altından qəbirlər çıxdı –