Vətən Müharibəsində qələbə münasibətilə ordenlər və medallar təsis ediləcək

Azərbaycanda yeni medallar və ordenlər təsis ediləcək. 

Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə bununla bağlı qanun layihəsi daxil edilib.

“Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi bu gün birinci oxunuşda müzakirəyə çıxarılacaq. 

“Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının hansı ordenlər və medalların təsis ediləcəyi də məlum olub. Layihəyə əsasən, “Vətən Müharibəsində qələbə münasibətilə” “Zəfər” və “Qarabağ” ordenləri  təsis olunacaq. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis ediləcək

Sonrakı məqalə

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə vəfat edib