“Vətəndaş intiqamına, kadr təmizliyinə hazır olun” –Paşinyandan seçicilərə əcaib çağırış

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan parlament seçkilərində qələbə qazanacağı təqdirdə kadr təmizliyi edəcəyini deyib.

Nikol Paşinyanın sözlərinə görə, təmizləmələr dövlət müəssisələrində “Troya atı” saydığı əməkdaşlara qarşı həyata keçiriləcək.

“İnqilabdan əvvəl, 2018-ci ildə kadr təmizliyinin olmayacağını demişdim. İndi isə deyirəm ki, kadr təmizliyi olacaq və bu, 2018-ci ildən sonra xalq hakimiyyətinin dəhlizlərində oturub “Troya atı” rolunu oynayan vəzifəli şəxslərə qarşı aparılacaq. Bizə kadrları təmizləmək üçün mandat verin və biz bütün “Troya atlarını” dövlət idarəsi sistemindən rədd edək”, – deyə Nikol Paşinyan Araqatsot vilayətində sakinlərlə görüş zamanı bildirib.

O, həmçinin vətəndaşları müəyyən siyasi aksiyalarda iştiraka məcbur edən yerli hökumət və müəssisə rəhbərlərinə qarşı da “siyasi vendetta” vəd edib. Siyasətçinin sözlərinə görə, hakimiyyət orqanları özəl kompaniyaların rəhbərləri ilə də “məşğul olmalıdır”.

“Vətəndaş intiqamına, vətəndaş vendettasına, kadr təmizliyinə hazır olun”, – deyə Nikol Paşinyan əlavə edib.

Qeyd edək ki, Ermənistanda iyunun 20-nə təyin olunan növbədənkənar parlament seçkiləri kampaniyası iyunun 7-də start götürüb. Seçkilərdə iştirak etmək üçün 22 partiya və dörd blok qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın və Pakistanın HDQ komandanları arasında görüş keçirilib –

Sonrakı məqalə

Xaçmazda ağacları kütləvi kəsilməsi ilə bağlı rəsmi açıqlama –