Vətəndaşı küçədə döyüb pulunu alan şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Belə ki, naməlum şəxs gecə saat 03:00 radələrində zərərçəkmişə evinin qarşısında fiziki güc tətbiq edərək pul vəsaitini ələ keçirib. Bu barədə vətəndaş polisə məlumat verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən, keçmişdə də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş 36 yaşlı S.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.