Vəzərinin faydaları- Ağızda olan yara və xoraların sağalmasını sürətləndirir

Ləkdə yetişdirilən bostan bitkisi olan vəzəri sürətlə inkişaf edir və əkiləndən iki həftə sonra onu dərib yemək olar. Soyuğa davamlı olduğuna görə onu ilin bütün fəsillərində yetişdirmək mümkündür.

Azərtac tibbi saytlara istinadla xəbər verir ki, vəzərinin tərkibində olan maddələr dad reseptorlarını qıcıqlandırır və iştahı artırır. Həmçinin tərkibində olan kükürd həzmi normallaşdırır. Onun tərkibində yüksək miqdarda olan C vitamini ağızda olan yara və xoraların sağalmasını sürətləndirir, kalium və natrium orqanizmdə maye balansını və ürək ritmini tənzimləyir.

Vəzərinin köklərini kəsəndən sonra təxminən 10 dəqiqə üçün birə nisbətində hazırlanmış sirkəli və limonlu su məhlulunda saxlayanda üzərində olan parazitlər tələf olur.

Bitkinin yarpaqları ilə yanaşı, toxumlarından da istifadə edilir. Toxumlarında olan doymamış yağ turşuları beynin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, metobolizmi sürətləndirir, həmçinin qanda şəkəri tənzimləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qədim çini qab hərracda 4 milyon avroya satıldı

Sonrakı məqalə

“Vətəndaşlarımız ölərkən Tramp sanksiyaları daha da sərtləşdirir”